Aprelin 8-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə
Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etdi.
Prezident İlham Əliyev görüşdə çıxış etdi. Dövlətimizin başçısı bildirdi ki,
bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz
bir daha xalqımızı sevindirmişlər. Böyük qələbə ilə Vətənə qayıtmışlar 16 medal
qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini, yüksəkliklərə
qaldırmışlar. Beləliklə, həm sərbəst güləş, həm Yunan Roma güləşi üzrə
komandalarımız avropada birinci olmuşdular. Bu böyük qələbədir, böyük nailiyyətdir.
Əlbətdə ki, bir daha Azərbaycan Güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər,
çünki güləş bizim ənənəvi idman növümüzdür. Prezident qeyd etdi ki, bir müddət əvvəl
bu otaqda gənc güləşçilərlə görüş zamanı bildirmişdim, yarışa çıxanda
unutmamalıdılar ki, müzəffər ölkəni və qalib xalqı təmsil eidrlər. Həm gənclər,
həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətimizdir və
onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil
yetişir.böyükər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni
fikirlə, eyni duyğu ilə yarışlara çıxdılar. Çünki cəmi 44 gün ərzində böyük
tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük duyğudur, həm də böyük məsuliyyətdir.
İdmanın inkişafı və idmanın nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir,
gücümüzü göstərmir, eyni zamanda cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir.
Məhz vətənpərvərlik Vətənə olan sədaqət, fədakarlıq, bizi Qarabağın azad
olunması uğrunda müharibədə irəliyə apardı. Dövlət başçımız çıxışında qeyd etdi
ki, gənc nəsildə mütləq vətənpərvərlik ruhunda tərbiyyə almaqdır, milli ruhda tərbiyyə
olunmalıdır, milli dəyətlər əsasında tərbiyyə olunmalıdır və Azərbaycan dövləti
buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha gücləndirən
amillərdən biri əlbətdə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda idman
uğurlarımızdır. Biz hamımız bu uğurlara sevinirik. Çünki, gənc nəsillər
yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində idmançı, hərbiçi,
mütəxəssis və s. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir.
Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada
nadir ölkələrdən biridir, öz taleyini özü həll edir, öz siyasətini müstəqil şəkildə
aparır. Və istər döyüş meydanlarında istər siyasi arenalarda qələbə qazanır.
Prezident İlham Əliyev çıxışının sonunda qeyd etdi ki, biz nəyi qazanmışıqsa öz əməyimizlə
qazanmışıq. O cümlədən Qarabağ məsələlərində öz əməymizlə, gücümüzlə, zəkamızla
həll etmişik. İdman yarışlarında yəni feyr-pley anlayışını unutmamalıdır və Azərbaycan
idmançıları bu prinsipə həmişə əməl etməlidirlər. Çünki, bu qələbədən də vacibdir. Ancaq qələbədən daha
vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir
daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da belə
olmalıdır. Hamınıza yeni qələbələr, yeni uğurlar arzu edirəm. Böyük zəfərimizdən ilhamlanan, ruhlanan idmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələrlə bizi sevindirməkdə davam edir. Qalib ölkənin qalib idmançıları xalqımızın əzmini, qüdrətini idman arenalırında da nümayiş etdirirlər. Bizim arzumuz tezliklə Qarabağda da mötəbər idman yarışlarının keçirilməsi və həmin yarışlarda da idmançılarmızın qələbələri ilə Şanlı Bayrağımızı qaldırması, Dövlət Himnimizin oxunmasıdır. İnşallah xalqımızı bütün sahələrdə nailiyyətlər, gözəl günlər gözləyir.
Məqaləni hazırladı: Ülviyyə Haqverdiyeva, Xocalı rayon gənci